Ekologiyanı mühitə görə qruplaşdırsaq: suyun ekologiyası, torpağın
ekologiyası, havanın ekologiyası. Sistematikaya görə qruplaşma isə:
mikroorqanizmin ekologiyası, göbələyin ekologiyası, bitkinin
ekologiyası, heyvanın ekologiyası. Canlının yaşama yerinə görə: çayın,
gölün, yeraltı suyun, dənizin, sahilin, tundranın, arktikanın, meşənin,
səhranın, dağın, adanın, kəndin və nəhayət şəhərin ekologiyası. Qlobal
ekologiya: hidrosfer, litosfer, atmosfer, biosfer, kosmos, sosioloji
ekologiya. Bu qruplaşmanı elmlərlə əlaqəsinə görə, texnikaya,
mədəniyyətə və s. görə qruplaşdırmaq olar.
Hazırkı dövrdə geniş eksperimental və nəzəri materiallar əsasında
ekologiya elminə təbii mühit və onun insanla - insan cəmiyyəti ilə
qarşılıqlı təsiri haqqında təbiət və sosial elmlərin məlumatlarını
birləşdirən kompleks elm kimi baxılmalıdır. Müasir dövrdə son dərəcə
ekoloji problemlər artmışdır. Bu problemlərin artmasının ilk əsas səbəbi
müxtəlif sahələrin olduqca inkişaf etməsidir. Digər səbəb isə
antropogen fəaliyyətin və təsirin mövcudluğudur. Son zamanlar antropogen
fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür edilir:
- Meşələrin məhv edilməsi, yaşıllıqların qırılması;
- Atmosferdə parnik effekti yaradan toz və qazların toplanması
nəticəsində istilik balansının dəyişməsi və qlobal istiləşmənin
yaranması;
- Ozon təbəqəsinin ildən-ilə nazikləşməsi və ozon deşiklərinin
yaranması;
- Torpağın deqradasiyası (şorlaşma, eroziya, münbitliyin aşağı düşməsi
və s.);
- Torpaqda, suda, havada zərərli maddələrin toplanması;
- Okean səviyyəsinin qalxması;
- Bitki və heyvanların (flora və fauna) məhv edilməsi;
- Zərərli fiziki sahələrin intensivliyin yüksəlməsi (elektromaqnit
sahə, səs-küy çirklənməsi və s.);
- Müəyyən qism sadalananlara istinad edərək təbii fəlakətlərin sayının
artması;
- Həyatın keyfiyyətinin aşağı düşməsi (immun sistemi, genetik sistem
və s. );
Havanın kimyəvi tərkibinin çirkləndirlməsi və zəhərləndirlməsi ilə
mübarizə tədbirləri sisteminə havanın qorunması deyilir. Bunun üçün nüvə
silahları sınağını dayandırmaq, atmosfer havasının qorunması haqqında
bütün ölkələrin qəbul etdikləri qanunlara əməl edilməsi, havanı
çirkləndirən və zəhərləyən istehsal prosesləri texnologiyasını
təkmilləşdirmək, sanitar-epidemioloji xidmətdən geniş istifadə etmək,
qalıqsız və ya az qalıqlı işləyən prosesləri yaratmaq və s.
|