BAZAR ERTƏSİ, 23.12.2024, 16:02Baş səhifə | Burdan yarat | Seç

Saytın menyusu

BÖLMƏNİN DƏRƏCƏSİ

MİNİ-ÇAT

BİZİM SORĞU

AZƏRBAYCANDA EKOLOGİYA NECƏDİR?
Всего ответов: 81

STATİSTİKA


BÜTÜN ONLAYN: 1
QONAQLAR: 1
İSTİFADƏÇİLƏR 0

GİRİŞİN FORMASI

AXTARIŞ

Каталог файлов
Baş səhifə » Fayl » Mənim faylım

Azerbaycanda ekoloji problemlər
08.04.2010, 10:47

Azərbaycan Respublikasının ekoloji problemləri

Son illər bəşəriyyəti narahat edən problemlərdən biri dünyada ekoloji gərginliyin artmasıdır. Bu baxımdan 2009-cu il dekabr ayının 7-də BMT Danimarkanın Kopenhagen şəhərində biomüxtəlifliyin mühafizəsi və Qlobal İstiləşmə ilə bağlı "İqlim” sammiti keçirilmişdir. Daha sonra 2010-cu il yanvar ayının 29-da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda ekoloji problemlə bağlı bəzi məsələlərə də toxunulmuşdur.
Azərbaycanda isə Respublika Prezident İlham Əliyev tərəfindən 2010-cu il "Ekologiya ili” kimi elan olunmuşdur. Məhz bu qərardan sonra son günlər respublikamızda ekoloji problemlərin həllinə böyük diqqət ayrılmışdır. Ekologiya ili çərçivəsində respublikamızda bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bunlara aşağıdakılar aiddir.
- Bakıda və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi;
- havanın çirkləndirilməsinin və meşələrin qorunması qarşısının alınması;
- Bakı buxtasının və neftlə çirklənmiş ərazilərin təmizlənməsi;
- paytaxtın kanalizasiya və içməli su probleminin həlli;
- məişət tullantılarının utilizasiyası və s.
Ekologiya ili çərçivəsində paytaxt Bakı şəhərinin bəzi ərazilərində ağaclanın əkilməsi aksiyasına artıq start verilmişdir. Onu da qeyd etmək istərdim ki, bu tip tədbirlərin həyata keçirilməsini hər il görmək olar. Lakin əkilən ağacların sonrakı taleyi ilə maraqlanan qurumlar demək olar ki, yoxdur. Buna əyani misal olaraq 20 yanvar metro stansiyasının yaxınlığında tikilən körpünün ətrafında əkilən ağacları və kolları misal göstərmək olar. Hazırda onlardan əsər-əlamət belə qalmamışdır. Bununla yanaşı 8 km qəsəbəsində yerləşən bazarın və Qara Qarayev metro stansiyasının yaxınlığında şam ağaclarının qırılması və onların yerində yeni ticarət mərkəzlərini tikilməsini qeyd etmək olar.
Bu tipli tədbirlərin həyata keçirilməsinə tək yerli qurumlar və QHT-lər deyil, həmçinin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların da cəlb olunması nəzərdə tutulur. Xüsusən əsas diqqət Azərbaycanda neft sahəsində fəaliyyət göstərən (BP, MakDermott, LUKoyl, Statoyl, Ekson və b.) və Azərbaycanını milli sərvətindən bəhrələnən beynəlxalq təşkilatların bu işə cəlb olunması vacibdir.

Dərəcə: Mənim faylım | Əlavə: Vətənpərvər
Baxış: 1102 | Köçürt: 0 | Şərhlər: 1 | Retinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024 |