BAZAR ERTƏSİ, 23.12.2024, 16:09Baş səhifə | Burdan yarat | Seç

Saytın menyusu

BÖLMƏNİN DƏRƏCƏSİ

MİNİ-ÇAT

BİZİM SORĞU

AZƏRBAYCANDA EKOLOGİYA NECƏDİR?
Всего ответов: 81

STATİSTİKA


BÜTÜN ONLAYN: 1
QONAQLAR: 1
İSTİFADƏÇİLƏR 0

GİRİŞİN FORMASI

AXTARIŞ

Каталог файлов
Baş səhifə » Fayl » Mənim faylım

Azərbaycanda 2010 ekologiya ilidir.
15.04.2010, 17:34

2010-cu il Azərbaycanda Ekologiya ilidir

Müasir dünyanı ciddi narahat edən ekoloji təhlükəsizlik problemi Azərbaycanda yüksək səviyyədə həll edilir -Ətraf mühitin qorunması hər bir ölkənin prioritet məsələsi olmalıdır, xüsusilə, ekoloji durumu o qədər də yaxşı olmayan ölkələrdə. Biz bunu etməyə qadirik. Həm təmizlənmə işləri, həm də içməli su kəmərlərinin çəkilməsi, xüsusilə, ekoloji cəhətdən ən ağır durumda olan yüzlərlə kəndə keyfiyyətli içməli suyun çəkilməsi məsələləri də həll olunur- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji məsələlərə verdiyi önəmi belə ifadə edir.

 

2010-cu il Azərbaycanda ekologiya ili olacaq. SİA-nın məlumatına görə, il boyu bu istiqamətdə mühüm layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Ekologiya problemləri 2009-cu ildə də dövlətin diqqətində olub. Neftlə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarının artırılması, bölgələrdə su təmizləyici qurğuların quraşdırılması ilə bağlı layihələr gerçəkləşdirilib.

 

2009-cu ildə ekologiya sahəsində bir neçə mühüm layihə həyata keçirilib. Paytaxt sakinlərinin narahatlığına səbəb olan Balaxanıda bərk məişət tullantılarının yandırılması və ətraf mühütə buraxılan zəhərli qazların qarşısını almaq üçün ərazidə zibil emalı zavodunun tikitntisinə başlanılıb.

 

İl ərzində 500 min ton zibil tullantısını emal edəcək zavod həm də yaranan mənfi ekoloji hadisələrin də qarşını alacaq. Bundan əlavə meşə salma, bölgələrdə su təmizləyici qurğuların tikintisi və istifadəyə verilməsi və digər sahələrində məqsədyönlü addımlar atılıb.

 

Ən mühüm hadisə isə prezident İlham Əliyevin 2010–cu ili ekologiya ili elan etməsi oldu. Ekologiya ilində həyata keçiriləcək mühüm layihələrdən biri prezident İlham Əliyevin tapşırığı ilə Bakı və ətraf ərazilərdə 3 milyon ağacın əkilməsidir. Artıq bu aksiyaya start verilib. 11 məntəqədə salınacaq yaşılılıqların suvarılmasında alternativ vasitələrdən də istifadə olunacaq.

 

Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının indiki mərhələsi gündəliyə yeni məsələlər çıxarır. Dövlət əvvəllər ərzaq çatışmazlığının aradan qaldırılmasına, yoxsulluğun azaldılmasına, çoxsaylı iş yerlərinin yaradılmasına istiqamətlənmiş proqramlar həyata keçirirdisə, indi istiqamətlər xeyli başqalaşır.

 

Çünki son illər, daha çox isə 2003-cü ilin oktyabrından sonra həmin problemlər tam olmasa da, əksərən aradan qaldırılmışdır. İndi artıq Azərbaycan dövləti neft kapitalının intellektual kapitala çevrilməsi, informasiya-kommunikasiya texnologiyalarının daha geniş şəkildə tətbiq edilməsi, kosmosa rabitə peyki çıxarılması, elektron hökumət yaradılması, ölkənin hər yerində infrastrukturun müasirləşdirilməsi və nəhayət, ekoloji tarazlığın qorunması istiqamətində proqramlar həyata keçirir.

 

Dövlət başçısının tapşırığı və imzaladığı mühüm sənədlər əsasında Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri son 5-6 ildə ölkədə ekoloji tarazlığın bərpası və qorunması istiqamətində onlarla mühüm proqram və layihə icra ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, ölkədə ekoloji tarazlığın qorunması məsələsi qarşıdakı illərdə daha geniş şəkildə gündəlikdə qalacaqdır: "Növbəti illərdə, Azərbaycanda- bu, dövlət proqramında da öz əksini tapıb,- içməli su, meliorasiya, suvarma... problemləri həll edilməlidir. Bunu etmək üçün bütün imkanlar var. Əvvəllər başladığımız layihələr icra olunur, Oğuz-Qəbələ- Bakı su kəməri tikilməkdədir, onun böyük hissəsi artıq tikilibdir. Samur-Abşeron kanalında iş gedir, Taxtakörpü su anbarı tikilir, digər lazımi tədbirlər görülür.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Kür-Araz boyu yerləşən kəndlərin su ilə, yəni Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə içməli su ilə təmin olunması prosesi gedir. Əvvəllər bulanıq sudan istifadə edən yüz minlərlə soydaşımız indi ən təmiz su alırlar. Bütün proqramın icrası nəticəsində 800 minə yaxın əhali təmiz içməli su ilə təmin olunacaqdır. Bu istiqamətdə əgər hansısa əlavə tədbirlər görmək lazımdırsa, bu məsələ də qaldırılsın. Su probleminin həlli işində biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik”.

 

Görülmüş işlərin həcmindən asılı olmayaraq dövlət başçısı sahə rəhbərlərinə tapşırıq verir ki, əgər əlavə tədbirlərə də ehtiyac varsa, məsələ qaldırılsın. Yəni Azərbaycan dövləti ölkə əhalisinin ekoloji təhlükəsizliyinin qorunması üçün heç nəyi əsirgəmir. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında nazirlərə və sahə rəhbərlərinə ekoloji məsələlərə dair digər konkret tapşırıqlar da verib: "Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram... maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneçilik törədən ağaclar məhv edilməsin. İndi xüsusi maşınlar da alınıbdır. Bu maşınlarla ağacı kökü ilə bərabər çıxarıb başqa yerdə əkmək mümkündür”.

 

Göründüyü kimi, Azərbaycan Prezidenti istənilən şəraitdə təbiətin, xüsusən, yaşıllığın qorunması üçün həm tapşırıqlar verir, həm də həmin tapşırıqların icrası üçün şərait yaradır.

 

Qeyd edək ki, 2003-cü ilin oktyabrından bəri ölkə vətəndaşlarının həyatını və sağlamlığını, atmosfer havasını, su ehtiyatlarını, yerin təkini, torpağı, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün silsilə tədbirlər həyata keçirilib. Ətraf mühitin mühafizəsi hökumətin daimi diqqət mərkəzində olub, 6 dövlət proqramı və milli strategiyalar qəbul edilib, köklü islahatlar aparılıb.

 

Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair 20 beynəlxalq konvensiyaya qoşulub. Son illər təbiətin qorunmasına çəkilən xərclər ilbəil artıb. Təkcə onu qeyd edək ki, 2003-2009-ci illərdə ölkədə təbiətin qorunması üçün xərclənən vəsait 20 dəfə artıb. Dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib, nəzərdə tutulan işlərin müvafiq dövlət orqanları tərəfindən icrası təmin edilib.

 

Ancaq bu sahədə görüləcək işlər hələ çoxdur. 2013-cü ilə qədər ölkə əhalisinin su təchizatı, ətraf mühitin mühafizəsi, bu sahə üzrə milli monitorinq, Xəzər dənizinin monitorinqi və balıqçılığın inkişafı sahəsində daha 23 nəhəng layihənin reallaşdırılması nəzərdə tutulur. Bu işləri görmək üçün dövlətin imkanı, dövlət başçısının təşəbbüskarlığı, eləcə də müvafiq orqanların icra prinsipiallığı var. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev qeyd edir: "Bizim imkanlarımız artır, iqtisadi potensial artır, amma insanların sağlamlığı bilavasitə ekoloji vəziyyətlə bağlıdır. Ona görə də bu məsələyə diqqət göstərilməlidir”.


Dərəcə: Mənim faylım | Əlavə: Vətənpərvər
Baxış: 756 | Köçürt: 0 | Retinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024 |