BAZAR ERTƏSİ, 23.12.2024, 19:31Baş səhifə | Burdan yarat | Seç

Saytın menyusu

MİNİ-ÇAT

BİZİM SORĞU

AZƏRBAYCANDA EKOLOGİYA NECƏDİR?
Всего ответов: 81

STATİSTİKA


BÜTÜN ONLAYN: 1
QONAQLAR: 1
İSTİFADƏÇİLƏR 0

GİRİŞİN FORMASI

AXTARIŞ

TƏQVİM

«  APREL 2010  »
BEÇAÇCACAŞB
   1234
567891011
12131415161718
19202122232425
2627282930

YAZILARIN ARXİVİ

Блог
Baş səhifə » 2010 » APREL » 19 » Ekologiya Nazirliyi kafe və restoranlarda reyd keçirib
09:18
Ekologiya Nazirliyi kafe və restoranlarda reyd keçirib
Ekologiya Nazirliyi kafe və restoranlarda reyd keçirib

Bir sıra restoran və gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı halları aşkar olunub

 
 

Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda səs-küy səviyyəsi normadan artıqdır. Bu nəticəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı gəlinib.

Reyd zamanı "Meridian”, "Niaqara”, "Çanaq Qala” restoranları, "Xudafərin”, "Su Sonası” şadlıq sarayları, "Plaza” disko-barı və "Black Bird” gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar olunub.

Belə ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda Nizami rayonu ərazisində yerləşən "Xudafərin” şadlıq sarayında bu 82 dB (normadan 1,26 dəfə artıq), "Meridian” restoranında 89 dB (normadan 1,37 dəfə artıq), "Plaza” disko-barında 92 dB (normadan 1,41 dəfə artıq), Nəsimi rayonu ərazisində yerləşən "Black Bird” gecə klubunda 88 dB (normadan 1,35 dəfə artıq), "Niaqara” restoranında 87 dB (normadan 1,34 dəfə artıq), Nərimanov rayonu ərazisində yerləşən "Çanaq Qala” restoranında 88 dB (normadan 1,35 dəfə artıq), "Su Sonası” şadlıq sarayında 91 dB (normadan 1,4 dəfə artıq), Səbail rayonu ərazisində yerləşən "La Paris” restoranında 85 dB (normadan 1,31 dəfə artıq) olması halları qeydə alınıb.

Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunub, qeyd olunan restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimə qərarları tətbiq edilib.

İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək olar ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.

Səs-küy insan sağlamlığına neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.

Qeyd edək ki, kafe və restoranlarda reyd prezident İlham Əliyevin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” Fərmanının icrasının təmin edilməsi məqsədilə keçirilib.
Baxış: 737 | Əlavə: Vətənpərvər | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024 |